Bank Of Baku

Bolqarıstanın baş naziri Bakı Slavyan Universitetində mühazirə oxuyub

Bolqarıstanın baş naziri Bakı Slavyan Universitetində mühazirə oxuyub
# 13 noyabr 2007 09:57 (UTC +04:00)
APA-nın məlumatına görə, baş nazir Bolqarıstanın Avropa İttifaqına daxil olması ilə bağlı keçdiyi yoldan danışıb, bu beynəlxalq təşkilatın regionda stabillik və inkişafa nə qədər böyük töhfə verdiyini açıqlayıb. O bildirib ki, Avropa İttifaqına üzvlüyə hazırlıq dövründə cərəyan edən proseslər ölkəni yaxşı mənada dəyişdirib. Bolqarıstanın 2007-ci ildən Avropa İttifaqına üzv olduğunu xatırladan baş nazir ölkədə illik iqtisadi inkişaf tempinin 6 faizdən yuxarı olduğunu, bu il bu rəqəmin 6,4 faiz həddində proqnozlaşdırıldığını deyib. Azərbaycanın sürətlə inkişaf etdiyi qeyd edən Sergey Stanişev Avropa İttifaqı ilə əməkdaşlıq üçün çoxlu imkanların olduğunu qeyd edib. Daha sonra qonaq universitet tələbələrin suallarını da cavablandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR