Bank Of Baku

Arif Hacılı: “Rəsul Quliyev bizi ittiham etməklə siyasi gündəmdə qalmaq istəyir”

Arif Hacılı: “Rəsul Quliyev bizi ittiham etməklə siyasi gündəmdə qalmaq istəyir”
# 13 noyabr 2007 10:09 (UTC +04:00)
“Rəsul Quliyev zaman-zaman aparıcı müxalifət partiyalarının ünvanına ittihamlar səsləndirib və bunu indi də davam etdirir. Bu yəqin ki, onun siyasətin gündəmində qalmaq metodudur”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin müxalifət partiyalarının ünvanına səsləndirdiyi son itihamlara münasibət bildirərkən deyib. A. Hacılının sözlərinə görə, hazırda R. Quliyev siyasi fəallıq göstərmək imkanlarından məhrumdur və ölkədə gedən siyasi prosesdlərə ciddi müdaxilə etmək imkanı yoxdur: “Ona görə də aparıcı siyasi partiyalar haqqında tənqidi fikirlər səsləndirməklə siyasi prosesə qatılmaq, siyasətin gündəliyinə gəlmək istəyir. Amma onun irəli sürdüyü ittihamların əsası yoxdur. Azərbaycanın aparıcı müxalifət partiyaları Seçki Məcəlləsi ilə bağlı son müzakirələri boykot etməklə bu prosesin indiki mərhələdə qapanmasının qarşısını aldılar, məsələ açıq qaldı və proses bundan sonra da davam edəcək. Yəni əvvəlcədən bu görüşlərin bir nəticə verməyəcəyi bəlli olduğu üçün biz tədbirə qatılmamışdıq, qərarımızın düzgün olduğu da təsdiqləndi”.
Millət vəkili Pənah Hüseyn isə hesab edir ki, Azərbaycandan uzaqda yaşayan bir şəxs olaraq R. Quliyev müxalifəti tənqid etmək missiyasının başqalarının öhdəsinə buraxsa, daha yaxşı olar: “Çünki uzaqda olub burada çox çətin vəziyyətdə fəaliyyət göstərən siyasətçilərin tənqidi ilə məşğul olmaq o qədər də yaxşı hərəkət deyil. Sözsüz ki, istənilən məsələ barədə Rəsul Quliyevin fikir bildirməsinə qadağa qoya bilmərik. Amma onun xüsusi təşəbbüskarlıq etməməsinin tərəfdarıyam”.
Qeyd edək ki, R. Quliyev APA-ya açıqlamasında Gürcüstanda gedən proseslərdən nəticə çıxarmayan müxalifət liderlərinin özlərinə başqa sənət tapmasını, həmin şəxslərin özlərini kimlərinsə lideri kimi aparmamasını məsləhət görüb və bir sıra digər itihamlar səsləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR