Bank Of Baku

İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından biri azadlığa buraxılıb

İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından biri azadlığa buraxılıb
# 13 noyabr 2007 11:56 (UTC +04:00)
İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olan Əmir Bənayi Kazımi noyabrın 11-də azadlığa buraxılıb. Bu barədə APA-ya İrandakı mənbələrdən məlumat verilib. Ə. Kazımi 2007-ci il mayın 23-də həbs edilmişdi. Ona qarşı İranın ərazi bütövlüyünü parçalamaq və əhalini hakimiyyətə qarşı mübarizəyə dəvət etmək ittihamları irəli sürülüb. Bu ittihamlar təsdiqini tapmadığından Ə. Kazımi həbs-qətimkan tədbirinin müddəti başa çatdıqdan sonra sərbəst buraxılıb.
Dünən isə Tehranın “Evin” həbsxanasında saxlanılan Tehran Universitetinin müəllimi Məhəmmədəli Heydəriyə, vəkil Saleh Kamraniyə, jurnalist Abullah Abbasi Cavaniyə və Məhəmməd Nüsrətiyə ailələri ilə görüş imkanı yaradılıb. Onlar həbsxana nəzarətçilərinin iştirakı ilə ailə üzvləri ilə görüşüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR