Bank Of Baku

Qənimət Zahid barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı 13 deputatın müraciəti bu gün baş prokurora göndəriləcək

Qənimət Zahid barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı 13 deputatın müraciəti bu gün baş prokurora göndəriləcək
# 13 noyabr 2007 12:10 (UTC +04:00)
Bir qrup deputatın “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi xahişi ilə imzaladığı müraciət bu axşam baş prokuror Zakir Qaralova göndəriləcək. APA-nın məlumatına görə, bu barədə Milli Məclisdə keçirdiyi brifinqdə millət vəkili, Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn məlumat verib. Onun sözlərinə görə, artıq müraciəti 13 deputat imzalayıb: “Günün sonuna qədər daha 4 deputatın bu müraciətə qoşulması gözlənilir. Bu müraciətdə biz öz siyasi mövqeyimizi yox, müraciəti imzalayan deputatların Qənimət Zahidin həbsinə mövqeyini ortaya qoyacağıq. Bundan başqa, məsələ ilə bağlı dövlət başçısına və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinə də müraciət olunub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR