Bank Of Baku

Rauf Qurbanov Rusiya kommunistlərinin lideri Gennadi Züqanovla görüşüb

Rauf Qurbanov Rusiya kommunistlərinin lideri Gennadi Züqanovla görüşüb
# 13 noyabr 2007 13:38 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyası (AKP) Təşkilat Komitəsinin sədri Rauf Qurbanov noyabrın 7-10-da Moskvada Böyük Oktyabr Sosialist İnqilabının 90 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib. R. Qurbanov APA-ya açıqlamasında bildirib ki, o, Kommunist Partiyaları İttifaqı tərəfindən inqilabın 90 illiyi ilə əlaqədar hazırlanan ordenlə təltif olunub. Kommunist Partiyaları İttifaqının Plenumuna qatıldığını da deyən R. Qurbanov toplantıda AKP-nin fəaliyyəti ilə bağlı çıxış etdiyini söyləyib. O, Dövlət Dumasında Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Züqanov və partiyanın deputatları ilə görüşdüyünü açıqlayıb: “Azərbaycan Kommunist Partiyası daxilində baş verənlərlə bağlı Züqanovla fikir mübadiləsi apardıq. Züqanov bu məsələdə məni və partiyanın monolitliyini qoruyan adamları dəstəklədiyini bildirdi”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR