Bank Of Baku

“Azadlıq” blokunun Sədrlər Şurasının iclası keçirilib

“Azadlıq” blokunun Sədrlər Şurasının iclası keçirilib
# 13 noyabr 2007 13:48 (UTC +04:00)
Bu gün “Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib. Şuranın üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, iclasda “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsi, onun həbsdən azad edilməsi üçün görüləcək işlərin koordinasiyası barədə müzakirələr aparılıb. İclasda blokun yaxın gələcəkdə həyata keçirəcəyi tədbirlər, blokun zona müşavirələrinin keçirilməsi, yerlərdəki sosial bazanın yoxlanılması və digər məsələlər müzakirə edilib. İclasda həmçinin, ölkədə baş verən digər ictimai-siyasi hadisələr müzakirə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR