Bank Of Baku

Ucarda YAP-ın yaradılmasının 15 illiyi qeyd olunub

Ucarda YAP-ın yaradılmasının 15 illiyi qeyd olunub
# 13 noyabr 2007 13:50 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi ilə əlaqədar partiyanın Ucar rayon təşkilatının iclası keçirilib. APA-nın Aran bürosunun xəbərinə görə, Ucar Rayon İcra Hakimiyyətində keçirilən iclasda YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, İcra Aparatından Qalib Əsgərov, Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva və başqaları çıxış edərək, partiyanın keçdiyi şərəfli yoldan söz açıblar. İclasın sonunda gənc idmançılara hədiyyələr, partiya fəallarına fəxri fərmanlar təqdim olunub. YAP Ucar rayon təşkilatının yaradıcısı İslam Qəhrəmanov isə qiymətli hədiyyə ilə təltif edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR