Bank Of Baku

Paytaxt kəndlərinin ziyalılarını öz sıralarında birləşdirən “Mənəviyyat” Bakı Kəndlərinin İttifaqı yaradılacaq

Paytaxt kəndlərinin ziyalılarını öz sıralarında birləşdirən “Mənəviyyat” Bakı Kəndlərinin İttifaqı yaradılacaq
# 13 noyabr 2007 14:18 (UTC +04:00)
Bakı qədim kəndlərinin tarixi mədəniyyətini, adət-ənənələrini qorumaq məqsədi ilə paytaxt kəndlərinin ziyalılarını birləşdirən “Mənəviyyat” Bakı Kəndlərinin İttifaqı yaradılacaq. İttifaqın təşkilat komitəsindən APA-ya verilən məlumata görə, Bakının bütün kəndlərindən olan ziyalılar qurumun yaradılmasında yaxından iştirak edirlər. Bu ilin sonuna kimi ittifaqın təsis konfransını keçirilməsi və rəhbərliyinin formalaşması nəzərdə tutulub. Təşkilat komitəsində Bakının bütün kəndlərini təmsil edən ziyalılar daxil edilib. Qurum təsis edildikdən sonra Bakı kəndlərinin tarixi adət-ənənələrinin, mədəni abidələrinin qorunması üçün bir sıra tədbirlər həyata keçirmək niyyətindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR