Bank Of Baku

Azad Rəhimov Yevgeniya Jivkova ilə görüşüb

Azad Rəhimov Yevgeniya Jivkova ilə görüşüb
# 13 noyabr 2007 14:36 (UTC +04:00)
Bu gün gənclər və idman naziri Azad Rəhimov Bolqarıstan parlamentinin uşaqlar, gənclər və idmanla bağlı komitəsinin sədr müavini Yevgeniya Jivkovanı qəbul edib. APA-nın xəbərinə görə, görüş tanışlıq məqsədi daşıyıb. A. Rəhimov Azərbaycanda əhalinin 66 faizini gənclərin təşkil etdiyini bildirib. O, dövlət səviyyəsində gənclərə və gənc ailələrə göstərilən dəstək, onların yaradıcılığının stimullaşdırılması, həyat şəraitinin yaxşılaşdırılması üçün hazırlanan layihələr barədə qonağa məlumat verib. Görüşdə gənclər siyasəti, 2008-ci ildə nəzərdə tutulan layihələr və əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR