Bank Of Baku

Daha bir Azərbaycan vətəndaşı Ermənistan tərəfdən əsir götürülüb

Daha bir Azərbaycan vətəndaşı Ermənistan tərəfdən əsir götürülüb
# 13 noyabr 2007 14:47 (UTC +04:00)
Məlumata görə, əsir götürülən Azərbaycan vətəndaşı mülki şəxsdir. Artıq BQXK-nin Ermənistandakı nümayəndəliyinin əməkdaşları mülki əsirə baş çəkib, onun saxlanma şəraiti, fiziki və psixoloji durumu ilə bağlı monitorinq aparılıb, ona ailəsi ilə məktub mübadiləsi aparmağa şərait yaradılıb. BQXK-nin faktla bağlı Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə danışıqlar apardığı bildirilib. Komissiyadan isə APA-ya bu barədə BQXK tərəfindən quruma məlumat verildiyi, araşdırmalar aparıldığı deyilib.
Əsir götürülənin şəxsiyyəti və əsir götürülməsi şəraiti açıqlanmır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR