ABŞ-da Ermənistan Fondunun təşkil etdiyi “Teleton” Los Anceles-İrəvan telekörpüsü layihəsində ermənilərin növbəti təxribatının üstü açılıb - YENİLƏNİB
Dünya Bankından isə APA-nın ABŞ bürosuna ermənilərin yaydığı məlumatın yalan olduğunu deyiblər. Bankın əməkdaşı bildirib ki, Dünya Bankı işğal olunmuş Dağlıq Qarabağda heç bir layihə həyata keçirmir: “ Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. İkincisi, əgər torpaqlarınız azad olunandan sonra Dünya Bankı həm ərazidə hər hansı bərpa işləri aparmaq qərarına gəlsə, bunun üçün mütləq rəsmi Bakıdan icazə istəyəcək”. Dünya Bankından məsələ tam araşdırıldıqdan sonra rəsmi açıqlama da yayılacağını bildiriblər. Eyni sözləri Millenium Challenge proqramının və BMT İnkişaf Proqramının rəsmiləri də bəyan ediblər.
“Biz bilirik ki, ABŞ Ermənistanın həyata keçirdiyi qanunsuz hərəkətləri dəstəkləmir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Mən bu layihəyə Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və ABŞ-ın Millenium Challenge proqramı tərəfindən dəstək verdiyinə inanmıram”. Bunu isə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. Layihə çərçivəsində əldə olunacaq vəsaitin həm də Dağlıq Qarabağın inkişafına yönəlməsinin heç də pis niyyət olmadığını deyən X. İbrahim “ermənilərin özləri tərəfindən dağıtdıqları infrastrukturu bərpa etmək niyyətləri heç də pis deyil. Hazırda işğal altında olan Dağlıq Qarabağ mütləq azad olunacaq və oraya qayıdacaq əhali həmin infrastrukturdan istifadə edəcək” deyib.
Millət vəkili Qənirə Paşayeva isə həmin tele-marafonun Amerika telekanalları ilə yayımlanmasını və bu telekörpüdə separatçıların liderinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” kimi təqdim olunmasının onun Amerika cəmiyyətində legitimləşdirilməsi məqsədi daşıdığını bildirib: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyan və münaqişənin nizamlanması prosesində iştirak edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir. Bu dövlətin televiziyaları da “xeyriyyə marafonu” adı altında ermənilərin separatçı lideri cəmiyyətə təqdim etmələrinə şərait yaratmamalıdırlar. Onlar bunu etməklə vətəndaşı olduqları dövlətin prinsiplərinə hörmətsiz yanaşdıqlarını göstərəcəklər”.
Millət vəkili “xeyriyyə marafonun”dan yığılan vəsaitin Ermənistanın Tauş rayonu ilə yanaşı qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Martuni rayonuna” xərclənəcəyi ilə bağlı tezisi işlətməklə separatçı qurumu leqallaşdırmağa çalışdıqlarını da deyib.
Q. Paşayeva dost icmaların da bu tədbirlərə qatılmamasına nail olmağın vacibliyini söyləyib. O, Azərbaycanın dövlət qurumlarını, diaspor təşkilatlarını, xaricdə təhsil alan fəal tələbələri bütün diaspor təşkilatlarını hadisənin mahiyyəti barədə məlumatlandırmağa və etiraz etməyə çağırıb: “Biz dost diaspor təşkilatlarını hadisənin mahiyyəti, ermənilərin çirkli niyyətləri barədə məlumatlandırmalıyıq. Bildirməliyik ki, bu tədbirdə hər hansı formada iştirak edəcək diaspor təşkilatı Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmış olacaq. Eyni zamanda bu tele marafonu yayımlayacaq ABŞ televiziyalarına etirazlar göndərməliyik. Mən artıq bir neçə diaspor təşkilatına bu hadisənin mahiyyəti barədə yazmışam ”.
Q. Paşayeva ermənilərin adından istifadə etdikləri beynəlxalq təşkilatlarından da nüfuzuna zərbə vurduqlarını, buna görə də həmin təşkilatların rəsmi açıqlama ilə təkzib vermələrinin mütləqliyini vurğulayıb. /APA/
Daxili siyasət
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Xəbər Lenti
Gürcüstanın böyük hissəsi işıqsız qalıb
Britaniya İranın hədələrindən sonra ordusunun istənilən hücuma hazır olduğunu açıqlayıb
Tramp bildirib ki, İran hələ də ABŞ ilə razılaşmaya hazır deyil
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət edib
KL: "Zirə" “Payde”yə məğlub olub
Si Cinpin sentyabrın 24-də ABŞ-a səfər edəcək
Tramp yenidən prezident olmaq istədiyini bildirib
Cəbrayıl rayonunda mina partlayıb, 1 nəfər xəsarət alıb - YENİLƏNİB
Yevlax sakini həmyerlisini odlu silahdan atəş açaraq qətlə yetirib
İrana aid neft tankeri ABŞ-ın mühasirəsini yarıb
AL: “Qarabağ” ÇSKA ilə heç-heçə edib
Sabah Banqladeş prezidentinin istefa verəcəyi gözlənilir
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
İranın Qəşm adası raket hücumuna məruz qalıb
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb
Əraqçi Qırğızıstana yollanıb
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
Dünya Bankı Venesuelada zəlzələlərin vurduğu ziyanın həcmini açıqlayıb
Tehran Britaniyanı hədələyib: İrana hücumlarda istifadə olunan istənilən baza legitim hədəf sayılacaq
Bakıda 23 istiqamətdə sıxlıq var - FOTO
İran XİN: ABŞ-yə dəstək verən ölkələr İrana qarşı təcavüzün iştirakçısı sayılır
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər
“AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirib
Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
KİV: Britaniya Tehrandakı səfirliyini bağlayıb, Fransa İrandakı diplomatlarını geri çağırıb
Kaya Kallas: Aİ-Böyük Britaniya təhlükəsizlik və müdafiə tərəfdaşlığını daha da gücləndirəcək
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq
Səudiyyə Ərəbistanı ilə nüvə sazişi "İbrahim Razılaşmaları"na qoşulacağı təqdirdə təsdiqlənəcək
Azərbaycanlı jurnalistlər Qırğızıstanda köçəri mədəniyyəti və Dünya Köçəri Oyunlarına hazırlıqla tanış olublar - FOTO
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirilib
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
Əraqçi: ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib
Beyləqanda iki ağır cinayətlə bağlı istintaq tamamlanıb, məhkəmə başlayır
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb - FOTO
“Azərsun Holdinq” və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB-1
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
Saatlıda 9 kq narkotik aşkarlanıb