Bank Of Baku

MDB-nin inkişaf konsepsiyası üzrə Planın 30 bəndi bu il reallaşmağa başlayacaq

MDB-nin inkişaf konsepsiyası üzrə Planın 30 bəndi bu il reallaşmağa başlayacaq
# 13 noyabr 2007 15:29 (UTC +04:00)
Müstəqil Dövlətlər Birliyinin (MDB) gələcək inkişaf konsepsiyası ilə bağlı Əsas Tədbirlər Planının reallaşmasına bu il başlanacaq. APA-nın BELTA agentliyinə istinadən məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında MDB icra katibinin birinci müavini Vladimir Qarkun deyib. O xatırladıb ki, konsepsiya və onun reallaşması ilə bağlı Plan MDB-nin Düşənbədə keçirilmiş son sammitində qəbul edilib. Planda 120 maddə yer alıb, onlardan 30-u bu il reallaşmağa başlayacaq. V. Qarkun hesab edir ki, konsepsiyanın reallaşması MDB-yə daxil olan ölkələrin əhalisinin kifayət qədər komfort yaşamasına imkan yaradacaq. Konsepsiyanın və Planın qəbul olunduğu 2007-ci ili V. Qarkun MDB-nin tarixində ən pozitiv illərdən biri kimi qiymətləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR