Bank Of Baku

Noyabrın 24-də Ədalət Partiyasının növbəti qurultayı keçiriləcək

Noyabrın 24-də Ədalət Partiyasının növbəti qurultayı keçiriləcək
# 14 noyabr 2007 08:58 (UTC +04:00)
Noyabrın 24-də Ədalət Partiyasının növbəti qurultayı keçiriləcək. Partiyanın sədr müavini Mütəllim Rəhimlinin APA-ya verdiyi məlumata görə, 350 nümayəndənin iştirak edəcəyi ali toplantı Bakı Əyləncə Mərkəzində olacaq. M. Rəhimli artıq bütün təşkilati işlərin başa çatdığını və dəvətlərin göndərildiyini qeyd edib. O, qurultayda cəmiyyətin tanınmış şəxslərinin qonaq qismində dəvət edildiyini bildirib. Qurultayda seçkili orqanların hesabatları dinləniləcək, sədr, Ali Məclis və Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri seçiləcək. M. Rəhimlinin sözlərinə görə, təşkilat komitəsinin partiya sədrliyinə bir namizədi var ki, bu da hazırkı sədr İlyas İsmayılovdur: “Başqa şəxsin namizədliyi irəli sürülsə, bu da qurultayın səsverməsinə çıxarılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR