Bank Of Baku

Müdafiə naziri Səfər Əbiyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Müdafiə naziri Səfər Əbiyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
# 14 noyabr 2007 08:58 (UTC +04:00)
Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Malayziyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Dato Saipulu qəbul edib.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. S. Əbiyev tanışlıq xarakteri daşıyan görüşdə qonağı yeni təyinatı münasibətilə təbrik edib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Səfir D.Saipulu isə növbəsində Malayziyanın ölkəmizdə ilk səfiri kimi Malayziya-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib. Görüşdə Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR