Bank Of Baku

Akif Şahbazov: “Rəsul Quliyevin qayıdışı hakimiyyətin razılığı əsasında olacaq”

Akif Şahbazov: “Rəsul Quliyevin qayıdışı hakimiyyətin razılığı əsasında olacaq”
# 14 noyabr 2007 09:07 (UTC +04:00)
ACP sədri Akif Şahbazovun APA-ya verdiyi məlumata görə, R.Quliyevlə aparılacaq müzakirələrdə onun layihəyə münasibəti öyrəniləcək və razılıq əldə edildikdən sonra bunun reallaşdırılması istiqamətində iş başlanacaq. A. Şahbazov uzun müddət R. Quliyevin qayıdışı ilə bağlı aparılan işlərin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, partiya lideri bir neçə dəfə qayıtmaqla bağlı konkret mövqe nümayiş etdirməsinə baxmayaraq, qayıdışı ilə bağlı iş düzgün qurulmadığı üçün bu, baş tutmayıb: “Rəsul Quliyevin qayıdışı o səviyyədə olmamalıdır ki, hətta buna dövlət çevrilişi adı verilsin, inqilab xarakterli mövqe kimi nümayiş etdirilsin. Budəfəki qayıdış əvvəlkilərdən onunla fərqlənəcək ki, hakimiyyətə qıcıq verməyən formada və hakimiyyətin razılığı əsasında olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR