Bank Of Baku

Aleksandr Yakovenko: “Rusiya sərhədlərin delimitasiyası üzrə danışıqlara hazırdır”

Aleksandr Yakovenko: “Rusiya sərhədlərin delimitasiyası üzrə danışıqlara hazırdır”
# 14 noyabr 2007 09:28 (UTC +04:00)
Rusiyanın Azərbaycan və Gürcüstanla dövlət sərhədlərinin delimitasiyası üzrə komissiyasının sədri Aleksandr Yakovenko Bakıya gələcək. Bu barədə APA-ya A. Yakovenkonun özü məlumat verib. O, Tiflisdə Gürcüstanla sərhədlərin delimitasiyası üzrə danışıqlar apardığını və hazırda Azərbaycana səfərə hazırlaşdığını bildirib: ”Rusiya komissiyanın iclasını keçirməyə hazırdır. İndi hər şey Azərbaycandan asılıdır”. Dekabr ayında keçirilməsi planlaşdırılan iclasda mübahisəli 3 sərhəd məntəqəsi ilə bağlı müzakirələr aparılmalıdır. Ancaq A. Yakovenko bu ilin sonuna qədər bütün mübahisəli məsələlərin həll olunacağına şübhə etdiyini də gizlətməyib: “Bu, texniki cəhətdən mümkün deyil. Biz danışıqların konkret vaxtını təyin etdikdən sonra ekspertlər səviyyəsində daha bir görüş keçiriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR