Bank Of Baku

Açıq Cəmiyyət Partiyası dekabrda bütün müxalifət partiyalarının birgə müzakirəsini keçirmək istəyir

Açıq Cəmiyyət Partiyası dekabrda bütün müxalifət partiyalarının birgə müzakirəsini keçirmək istəyir
# 14 noyabr 2007 09:29 (UTC +04:00)
Növbəti prezident seçkilərində müxalifətin vahid mövqedən çıxış etməsini təmin etmək məqsədi ilə Açıq Cəmiyyət Partiyası (ACP) dekabrda bütün müxalifət partiyalarının birgə müzakirəsini təşkil etmək fikrindədir. ACP sədri Akif Şahbazovun APA-ya verdiyi məlumata görə, partiya lideri Rəsul Quliyev bununla bağlı onlara öz tövsiyələrini verib. A. Şahbazovun fikrincə, müxalifətin real müxalifətçilik etmək imkanı o zaman olacaq ki, bu düşərgə bir bayraq altında birləşəcək, fəaliyyətini uzlaşdıracaq: “Buna görə də müəyyən müzakirə aparıb ortaq nəticəyə gəlinməli və birgə fəaliyyət istiqaməti müəyyənləşməlidir. Bu gün yaxşı hal odur ki, bu vaxta qədər ayrılıqda mübarizə aparmağa üstünlük verənlər də artıq birgə mübarizə təklifini irəli sürürlər. Bu baxımdan mümkündür ki, müəyyən müzakirələrdən sonra razılıq əldə edilsin. Biz bir neçə dəfə cəhd göstərmişik, amma nəticə olmayıb. Arzu edirik ki, heç olmasa, bu mərhələdə buna nail ola bilək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR