Bank Of Baku

Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək

Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək
# 14 noyabr 2007 09:40 (UTC +04:00)
2008-ci ilin əvvəllərində Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə APA-ya Xorvatiyanın Azərbaycanda da akkreditə olunmuş Türkiyədəki səfirliyindən məlumat verilib. Səfirlikdən bildiriblər ki, bu barədə təklif Xorvatiya prezidentinin Azərbaycana səfəri zamanı rəsmi Bakıya çatdırılıb. Tərəflər məsləhətləşmələrdə diplomatik nümayəndəliklərin açılması, regional əməkdaşlıq və ikitərəfli məsələləri müzakirə edəcəklər. İki ölkə arasında ikinci biznes-forumun keçirilməsi də planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR