Bank Of Baku

Sərdar Cəlaloğlu: “Rəsul Quliyev Milli Məclisin sədri olanda müxalifətə necə baxırdısa, indi də elə baxır”

Sərdar Cəlaloğlu: “Rəsul Quliyev Milli Məclisin sədri olanda müxalifətə necə baxırdısa, indi də elə baxır”
# 14 noyabr 2007 09:43 (UTC +04:00)
S. Cəlaloğlu Rəsul Quliyevin müxalifətin qəbul etdiyi qərarlara münasibətini onun partiya quruculuğu ilə məşğul olduğuna və müxalifət cəbhəsində bilavasitə iştirak etmədiyinə görə təbii qəbul etdiyini söyləyib: “Bir vaxtlar Rəsul Quliyev iqtidarla hər hansı bir kontakta getməyi və beynəlxalq təşkilatların tədbirində iştirak etməyi tənqid edirdi ki, bu, müxalifətə heç nə verməyəcək. İndi isə əksinə, belə müzakirələri boykot edən müxalifəti eyni arqumentlərlə tənqid atəşinə tutur. Ümumiyyətlə, Rəsul müəllimin müxalifətə iqtidar gözü ilə baxmaq adətidir. Hətta o, bizim partiyanın sədri olanda da müxalifətə iqtidar gözü ilə baxması üstündə aramızda tez-tez mübahisələr olurdu. O, Milli Məclisin sədri olanda müxalifətə necə baxırdısa, indi də elə baxır. Görünür o, köhnə adətlərindən əl çəkməyib. Onun nə deməyindən asılı olmayaraq, Azərbaycanın siyasi müxalifəti qərarlarının səbəblərini detallarına qədər xalqa və beynəlxalq təşkilatlara izah eləyib. Rəsul müəllimdən fərqli olaraq beynəlxalq təşkilatlar müəyyən mənada bu arqumentlərlə razılaşırlar. Rəsul müəllim müxalifətin kriteriyalarının nədən ibarət olduğunu bilmirsə, onda buyursun tənqid etdiyi müxalifətdən fərqli bir mövqe, bir müxalifətçilik ortaya qoysun, desin ki, mən bu cür müxalifətçiliyin tərəfdarıyam. Məsələ ondadır ki, Rəsul müəllim bizdən qat-qat zəif müxalifətçilik mövqeyi nümayiş etdirir, əvəzində isə Azərbaycanda ictimai rəyə və siyasi proseslərə təsir edən müxalifət partiyalarını onlarla qeydiyyatdan keçmiş siyasi partiyalardan biri kimi qeyd edir. Belə olan halda Rəsul müəllimin öz partiyası heç qeydiyyatdan da keçməyib.” Bu ittihamların mənasız olduğunu bildirən S. Cəlaloğlu R.Quliyevin siyasətə bu cür qayıdışını uğursuz hesab etdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR