Bank Of Baku

AMİP müxalifətin funksional birliyinin yaradılmasını təklif edir

AMİP müxalifətin funksional birliyinin yaradılmasını təklif edir
# 14 noyabr 2007 10:10 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) müxalifət partiyalarının funksional birliyinin yaradılması təşəbbüsü ilə çıxış edib. Partiyanın sədri Ayaz Rüstəmovun APA-ya verdiyi məlumata görə, bu birlik zamanı partiyaların qarşılıqlı öhdəlikləri olmamalı, yalnız ümumi məsələlərdə vahid mövqedən çıxış etməlidirlər. O, rəhbərlik etdiyi partiyanın bu istiqamətdə müəyyən danışıqlar apardığını, amma hələlik nəticə əldə olunmadığını bildirib: “Bu istiqamətdə hər hansı nəticə olmadığından, hər hansı blokun yarandığını demək olmaz. Amma danışıqları dayandırmaq fikrimiz yoxdur. Bu, təkcə növbəti seçkilərə hesablanmış məsələ deyil, ümumilikdə Azərbaycanda siyasi ab-havanın dəyişdirilməsini nəzərdə tutur”. A. Rüstəmovun sözlərinə görə, bəzi partiyaların davamlı olaraq dialoq təklifi ilə çıxış etməsi bu düşərgənin ziyanınadır: “İqtidarla dialoq aparmaq istəyənlər dəfələrlə müraciət edirlər. Mən başa düşmürəm ki, onlar nə istəyir. Birinci növbədə müxalifət partiyaları öz aralarında dil tapmalıdırlar. Bundan sonra iqtidar özü məcbur olub onunla hesablaşacaq. Amma gündə bir yalançı bəyanat vermək müxalifət qüvvələri arasında bir-birinə inamsızlıq yaradır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR