Bank Of Baku

ATƏT vahid informasiya və kommunikasiya strategiyası layihəsi hazırlanması ilə bağlı ilk konfrans keçirilib

ATƏT vahid informasiya və kommunikasiya strategiyası layihəsi hazırlanması ilə bağlı ilk konfrans keçirilib
# 14 noyabr 2007 11:21 (UTC +04:00)
O, təmsil etdiyi təşkilatın medianın vəziyyəti ilə yaxından maraqlandığını deyərək bildirib ki, istənilən problem dialoq yolu ilə öz həllini tapa bilər. Diplomat həmçinin bildirib ki, hökumət orqanlarının mətbuat və informasiya xidmətləri üçün vahid informasiya və kommunikasiya strategiyasının hazırlanmasına dair yeni layihə hazırlanır və bu gün həmin layihənin müzakirəsinin birinci mərhələsi başlanır. Konfransda çıxış edən Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov xatırladıb ki, 2005-ci ildə Azərbaycanda media azadlığı haqqında qanun qəbul edilib. Demokratiya şəraitində nizam-intizama riayət olunmasını vurğulayan şöbə müdiri hazırda Azərbaycanda 300-500 qəzetin nəşr olunduğunu, lakin bunların hansının cəmiyyətə lazım olduğunu cəmiyyətin özü müəyyən edəcəyini bildirib. O, mətbuatın iqtisadi aslığının azaldılması üçün 2008-ci ildə dövlət ciddi addımlar atmağı düşünür. Ə. Həsənov eyni zamanda mətbuat xidmətlərinin vahid əsasnaməsinin yaradılması ilə bağlı iş apardıqlarını bildirib: “İndiki məqamda hər bir icra hakimiyyəti orqanının mətbuat xidməti həmin təşkilatın əsasnaməsi əsasında fəaliyyət göstərir. Amma biz istəyirik ki, mətbuat xidmətləri üçün vahid əsasnamə hazırlansın və həmin əsasnamə prezident tərəfindən imzalansın. Belə olanda, həmin icra hakimiyyəti orqanının rəhbəri də bu Əsasnaməyə əməl edəcək”. Ə. Həsənov mətbuatın peşəkarlığı ilə bağlı da problemlər olduğunu söyləyib.
ATƏT-in Bakı ofisinin nümayəndəsi Elşad Fərzəliyev vahid informasiya və kommunikasiya strategiyası layihəsini təqdim edərək bildirib ki, həmin strategiyanın əsas prinsiplərini hazırlamaq üçün 7 nəfərdən ibarət işçi qrupu yaranacaq, memorandum hazırlanacaq və bugünkü konfransa bənzər ikinci tədbirdə təqdim olunacaq. İşçi qrupuna həm media, həm də hökumət nümayəndələri daxil olacaq, memorandumun hazırlanması 7-8 ay çəkəcək.
Müzakirələrdə çıxış edən APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı deyib ki, bu gün mətbuat xidmətlərinin iş prinsipləri 3 il əvvəlkindən köklü surətdə fərqlənir: “Əgər əvvəllər bir neçə mətbuat xidməti ilə problem yox idisə, hazırda nisbət dəyişib, cəmi bir neçə mətbuatla işində problemli mətbuat xidməti var”. Jurnalistlər arasında peşəkarlıq problemi olduğunu da qeyd edən V. Mahirqızı bəzi media nümayəndələrinin ciddi etika problemləri olduğunu da vurğulayıb. Baş direktor eyni zamanda informasiyanın istənilən icra hakimiyyətinin informasiyanı mərkəzləşdirilmiş sistemlə yaymasının tərəfdarı olduğunu deyib: “Çünki aşağı strukturlarla daha çox informasiya marağı olmayan media orqanları, daha doğrusu, reket jurnalistlər əlaqə yaratmağa çalışırlar. Çünki onlara xəbər yox, sadəcə hansısa bir “problemlə” əlaqədar yerində süni ajiotaj yaradıb, bunun müqabilində pul almaq lazımdı”.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Şəlalə Həsənova vahid informasiya və kommunikasiya strategiyasının hazırlayaraq, dövlət qurumunun rəhbərinin mətbuat xidmətinin işinin nədən ibarət olması barədə bilgilərin də yer almasını təklif edib. O bildirib ki, mətbuat xidmətinin rəhbərinin iş sistemi bilavasitə həmin icra hakimiyyəti orqanının rəhbərindən asılıdır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da tədbirin əhəmiyyətindən danışıb. Sədr mətbuat xidməti ilə medianın iş prinsipinin daha da yaxşılaşdırılması üçün akkreditə sisteminin həyata keçirilməsinin də müsbət olduğunu deyib. Ə. Amaşov da mediada peşəkarlıq probleminin olduğunu söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR