Bank Of Baku

Əli Həsənov: “Biz Qənimət Zahidin həbsi ilə bağlı prosesin obyektiv araşdırılmasında maraqlıyıq”

Əli Həsənov: “Biz Qənimət Zahidin həbsi ilə bağlı prosesin obyektiv araşdırılmasında maraqlıyıq”
# 14 noyabr 2007 11:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsinə münasibət bildirərkən Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib. O, şikayətin obyektiv araşdırılmasında hakimiyyətin tam şəkildə maraqlı olduğunu vurğulayıb: “Biz bu prosesin obyektiv araşdırılmasında tam maraqlıyıq. Düşünürəm ki, bu məsələyə məhkəmə aydınlıq gətirəcək, amma mənim burada istəniləm şərhim məhkəmənin qərarına təsir kimi dəyərləndirilə bilər. Bu səbəbdən şərh vermək istəmirəm”. Əli Həsənov hər bir Azərbaycan vətəndaşının, o cümlədən jurnalistlərin həbsinin hakimiyyəti narahat etdiyini deyib: “Amma hüquqi dövlətin əsas tələblərindən biri odur ki, insanlar qanunlara əməl etməli, başqa insanların hüququna hörmətlə yanaşmalıdır. Əgər belə olarsa, hansı sənətin sahibi olmasından asılı olmayaraq heç bir vətəndaş həbsə alınmaz. Ona görə də Azərbaycanda jurnalistlərin həbsi şəxsən cənab prezidenti narahat edir. Amma jurnalistlər də başqa insanların hüquqlarına hörmətlə yanaşmağı öyrənməli, məsuliyyətli olmalı, insanların şərəf və ləyaqətini təhqir etməməli, insanların nüfuzuna xələl gətirməməli, əllərində qələm olmasına baxmayaraq insanlara yuxarıdan aşağı baxmamalıdır”. Əli Həsənov həbs olunan jurnalistlərin əfv edilməsi məsələsinin gündəmdə olmadığını deyib: “Jurnalistlərin əfvi ilə bağlı məsələ bu gün gündəmdə yoxdur, lakin bununla bağlı müraciətlər var, o müraciətlər baxılma vəziyyətindədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR