Bank Of Baku

Əli Həsənov: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar çərçivəsindən kənar addımlar atılmasına ciddi zəmin yaranmayıb”

Əli Həsənov: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar çərçivəsindən kənar addımlar atılmasına ciddi zəmin yaranmayıb”
# 14 noyabr 2007 11:43 (UTC +04:00)
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesindən imtina edərək, danışıqlar çərçivəsindən kənar addımlar atılmasına ciddi zəmin yaranmayıb”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib. O, hakimiyyətin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə və problemin beynəlxalq hüquq normaları əsasında həllinə ümidvar olduğunu bildirib: “Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazi bütövlüyü və suverenliyini bərpa etmək hüququnu özündə saxlayır. Əgər bu danışıqlar lazımi nəticə verməyəcəksə, o zaman Azərbaycan hakimiyyəti digər vasitələrə, o cümlədən öz torpaqlarını güc yolu ilə azad etmək vasitəsinə əl atacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR