Bank Of Baku

Azərbaycan Yolu Siyasi Hərəkatı Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirib

Azərbaycan Yolu Siyasi Hərəkatı Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirib
# 14 noyabr 2007 13:08 (UTC +04:00)
Bu gün Azərbaycan Yolu Siyasi Hərəkatının üzvləri Gürcüstanın Bakıdakı səfirliyi qarşısında gürcü müxalifətinin keçirdiyi dinc mitinqlərin zorakı metodlarla dağıdılmasına etiraz əlaməti olaraq həmrəylik piketi keçirib. Azərbaycan Siyasi Hərəkatından APA-ya verilən məlumata görə, təşkilatın 100-ə yaxın üzvü Gürcüstanın səfirliyi qarşısında toplaşaraq dinc mitinqləri zorakılıq yolu ilə dağıdılan Gürcüstan müxalifəti ilə öz həmrəyliyini bildirib. Aksiya iştirakçıları yaranmış vəziyyətə görə Gürcüstan prezidenti Mixail Saakaşvilinin məsuliyyət daşıdığını bəyan edərək, səfirlik qarşısında “Azərbaycan müxalifəti Gürcüstan müxalifəti ilə həmrəydir!”, “Saakaşvili, demokratik dəyərlərə hörmət!” və “Saakaşvili, yalançı demokrat!” şüarlarını səsləndiriblər. Piket iştirakçıları demokratiya və insan haqlarının hər hansı bir dövlətin daxili işi olmadığını əsas gətirərək, Gürcüstanın hakimiyyət orqanlarını paytaxtdakı məhdudiyyətlərə, dövlət terroru hallarına son qoymağa, fövqəladə vəziyyət rejimini tezliklə ləğv etməyə, ölkə vətəndaşlarına öz fikirlərini ifadə etmək üçün normal şərait yaratmağa çağırıb. Aksiyanın sonunda qətnamə oxunub və Gürcüstan səfirliyinə təqdim edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR