Bank Of Baku

Belarus parlamenti Azərbaycanla Belarus arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni ratifikasiya edəcək

Belarus parlamenti Azərbaycanla Belarus arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni ratifikasiya edəcək
# 14 noyabr 2007 13:08 (UTC +04:00)
Noyabrın 16-da Belarusun Nümayəndələr Palatası Azərbaycanla Belarus arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni ratifikasiya edəcək. APA-nın BELTA informasiya agentliyinə istinadən məlumatına görə, sənəd bu ilin may ayında Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya rəsmi səfəri çərçivəsində imzalanıb. Müqavilə iki ölkə arasında əlaqələrin əsasını müəyyənləşdirir, iqtisadi, sosial, elmi-texniki, hüquqi, hərbi və siyasi əməkdaşlığın inkişafına yönəlib. Sənəd dövlət suverenliyi, ərazi bütövlüyü, bir birinin daxili işinə qarışmamaq, beynəlxalq öhdəlikləri yerinə yetirmək prinsiplərinin yerinə yetirilməsinə təminat olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR