Bank Of Baku

GUAM-ın katibliyi ilə BMT-nin Ukraynadakı nümayəndəliyi əməkdaşlıq barədə razılığa gəliblər

GUAM-ın katibliyi ilə BMT-nin Ukraynadakı nümayəndəliyi əməkdaşlıq barədə razılığa gəliblər
# 14 noyabr 2007 13:38 (UTC +04:00)
Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilatın (GUAM) baş katibi Valeri Çeçelaşvili BMT-nin Ukraynadakı sisteminin koordinatoru, səfir Frensis Martin O”˜Donnell ilə görüş keçirib. APA-nın GUAM-ın saytına istinadən verdiyi məlumata görə, baş katib BMT təmsilçisinə təşkilatın Bakıda keçirilmiş son sammitinin nəticələri, quruma sədrlik edən Azərbaycanın prioritetləri, GUAM-ın regional layihələrinin reallaşması perspektivləri və oktyabrın 10-da Vilnüsda keçirilmiş GUAM sammitinin nəticələri barədə məlumat verib. Səfir O”™Donnell də öz növbəsində BMT-nin Ukraynadakı təşkilatlarının fəaliyyəti barədə danışıb. Tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR