Bank Of Baku

Milli Məclisdə “2008-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib

Milli Məclisdə “2008-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib
# 14 noyabr 2007 15:49 (UTC +04:00)
Milli Məclisin bugünkü iclasının ikinci hissəsində “2008-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən millət vəkilləri gələn ilin büdcəsinin sosial yönümlü olmasını yüksək qiymətləndiriblər. Millət vəkillərindən Yevda Abramov, Abel Məhərrəmov, Fəzail Ağamalı və digərləri büdcə zərfinin yüksək peşəkarlıqla hazırlandığını söyləyiblər. “Müsavat” deputat qrupunun üzvü Pənah Hüseyn isə büdcə layihəsini tənqid edib. Millət vəkili dövlət büdcəsindən yayınmaların olduğunu və sənədin əleyhinə səs verəcəyini bildirib. Milli Məclisin spikeri Oqtay Əsədov parlamentdə müxalifəti təmsil edən deputatları konstruktiv mövqe nümayiş etdirməməkdə ittiham edib. Müzakirələr sabah davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR