Bank Of Baku

Metyu Brayza: “Gürcüstanda fövqəladə vəziyyət rejiminin noyabrın 16-dan etibarən qaldırılacağı barədə qərarı alqışlayıram”

Metyu Brayza: “Gürcüstanda fövqəladə vəziyyət rejiminin noyabrın 16-dan etibarən qaldırılacağı barədə qərarı alqışlayıram”
# 14 noyabr 2007 16:41 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Metyu Brayza Gürcüstan İctimai Televiziyasına müsahibəsində söyləyib: “Bu, çox əhəmiyyətli addımdır. Biz Gürcüstan hökumətinə tövsiyələrimizə bu qədər cəld reaksiya verilməsini müsbət dəyərləndiririk. Bu addımlar gürcü seçicilərdə demokratiyaya inamın möhkəmlənməsi baxımından son dərəcə əhəmiyyətlidir Bütün Avroatlantika məkanı Gürcüstanın qarşısına qoyduğu məqsədləri dəstəkləyir”. Qeyd edək ki, Metyu Brayzanın Gürcüstana səfəri noyabrın 13-də başa çatmalı olsa da, o, ölkədə daha bir neçə gün qalmağa qərar verib. Bu müddət ərzində Metyu Brayza ölkənin hakimiyyət, müxalifət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşlər keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR