Bank Of Baku

Lənkəranda Milli Məclis deputatlarının köməkçiləri üçün seminar-treninq keçirilib

Lənkəranda Milli Məclis deputatlarının köməkçiləri üçün seminar-treninq keçirilib
# 15 noyabr 2007 07:57 (UTC +04:00)
Azərbaycan Respublikası Milli Məclisinin Aparatı və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan parlament proqramı” texniki yardım layihəsi çərçivəsində Milli Məclis deputatlarının köməkçiləri üçün Lənkəran şəhərində keçirilən iki günlük seminar-treninq başa çatıb. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə Lənkəran-Astara bölgəsini əhatə edən seçki dairələrindən seçilmiş 19 nəfər Milli Məclis deputatlarının köməkçiləri iştirak ediblər. Seminar-treninqdə “Deputat köməkçilərinin vəzifələri: hüquqi məsələlər”, “Seçicilərlə işin aparılması”, “Seçki dairələrində və onlardan kənarda əlaqələrin qurulması” və digər mövzularında məruzələr dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda deputat köməkçilərinə məlumat kitabçaları paylanılıb. Qeyd edək ki, analoji tədbirlərin Gəncə-Qazax, Quba-Xaçmaz və Naxçıvan bölgələrində də keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR