Bank Of Baku

Bolqarıstanın baş nazirinin müavini Emel Etemin Azərbaycanda səfərdədir

Bolqarıstanın baş nazirinin müavini Emel Etemin Azərbaycanda səfərdədir
# 15 noyabr 2007 09:20 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Bolqarıstan baş nazirinin müavini, fəlakətlər və qəzalar üzrə dövlət siyasəti naziri, xanım Emel Etemin Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, bolqarıstanlı nazir bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. APA-nın məlumatına görə, E. Etem səfəri barədə jurnalistlərə açıqlamasında rəhbərlik etdiyi nazirliyin yeni yarandığını, Azərbaycanla fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi aparmağa maraqlı olduqlarını vurğulayıb: “Biz istəyirik ki, Azərbaycanla təcrübə mübadiləsi aparaq. Keçirəcəyimiz görüşlərdə gələcəkdə imzalamağı nəzərdə tutduğumuz sazişlərin detalları barədə də fikir mübadiləsi aparacağıq”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR