Bank Of Baku

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
# 15 noyabr 2007 10:03 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, Bakıya bir günlük səfər proqramı ilə gələn baş nazir XI Türk Dövlət və Toplumlarının Dostluq, Qardışlıq və Əməkdaşlıq Qurultayının işində iştirak edəcək. Bu mərasimdə çıxış edən baş nazirin daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü gözlənilir. Həmin gün qurultay iştirakçılarının şərəfinə veriləcək ziyafətdə iştirak edəndən sonra Rəcəb Tayyip Ərdoğan ölkəsinə qayıdacaq.
Noyabrın 18-də isə Türkiyə-Yunanıstan sərhədində yerləşən İpsala məntəqəsində Şahdəniz qazını Avropaya çıxaracaq Türkiyə-Yunanıstan qaz boru xəttinin açılışı olacaq. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR