Bank Of Baku

Azərbaycandakı sağ-mərkəzçi partiyaların prezident seçkiləri ərəfəsində koalisiya yaratmaq imkanları mövzusunda beynəlxalq forum keçiriləcək

Azərbaycandakı sağ-mərkəzçi partiyaların prezident seçkiləri ərəfəsində koalisiya yaratmaq imkanları mövzusunda beynəlxalq forum keçiriləcək
# 15 noyabr 2007 10:27 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) “Azərbaycanda sağ-mərkəzçi partiyalar seçim qarşısında: 2008-ci il prezident seçkiləri koalisiya yolunda dönüş nöqtəsi ola bilərmi?” mövzusunda beynəlxalq forum keçirəcək. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucov APA-ya açıqlamasında tədbiri İsveçin hakim Moderant Partiyası ilə birgə təşkil edəcəklərini bildirib. Forumda İsveç parlamentinin nümayəndələri, Azərbaycandakı siyasi partiyaların, diplomatik korpusun təmsilçiləri iştirak edəcək. Noyabrın 23-də keçirəcək forumda məqsəd sağ-mərkəzçi partiyaların fəaliyyətinə müəyyən yeniliklər gətirməkdir: “Eyni zamanda, hesab edirik ki, bu düşərgədə olan partiyalar müəyyən anlaşılmazlıqlara aydınlıq gətirməlidir. Qarşıdan prezident seçkiləri gəlir, sağ-mərkəzçi partiyaların seçkilərə pərakəndə qatılmaq ehtimalı var və bu, yeni uğursuzluqla qarşılaşmaq təhlükəsi yaradır. Ona görə də, düşünürük ki, bu partiyalar seçkilərə vahid şəkildə qatılsalar, daha yaxşı olar”. Forumda beynəlxalq təcrübələr müzakirə ediləcək və çıxış yolları axtarılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR