Bank Of Baku

AMİP Səbayel Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib

AMİP Səbayel Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
# 15 noyabr 2007 11:11 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Səbayel Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ötən həftə Səbayel Rayon Məhkəməsi partiyanın Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddianı heç bir əsas olmadan təmin etməyib. Şəhər rəhbərliyinin AMİP-in kütləvi aksiya keçirməklə bağlı bir neçə müraciətinə mənfi cavab verdiyini bildirən partiya məhkəmənin BŞİH-in qanunsuz qərar qəbul etdiyini bildirmişdi. Hakim Rauf Əhmədov isə partiyanın qaldırdığı iddianı əsaslı saymamışdı. Apellyasiya şikayəti bu gün məhkəməyə təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR