Bank Of Baku

YAP-ın 15 illik yubileyi ilə bağlı yubiley tədbirləri noyabrın sonuna kimi davam edəcək

YAP-ın 15 illik yubileyi ilə bağlı yubiley tədbirləri noyabrın sonuna kimi davam edəcək
# 15 noyabr 2007 11:37 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) 15 illiyi ilə bağlı yubiley tədbirləri noyabrın sonuna kimi davam edəcək. Partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının APA-ya verdiyi məlumata görə, artıq yerli təşkilatlarda təntənəli tədbirlər başlayıb. O, partiyanın mərkəzi qərargahının təşkilatçılığı ilə yubiley ərəfəsində Gülüstan Sarayında daha geniş tərkibli tədbirin keçirilməsinin nəzərdə tutulduğunu deyib. Bu tədbirdə məruzələr dinləniləcək, YAP-ın 15 illik fəaliyyətinə həsr olunmuş “Zərurət” sənədli filmi nümayiş ediləcək. Yubley tədbirləri sırasında həmçinin YAP-ın fəaliyyətini özündə əks etdirən kitab toplusunun və “YAP - 15 il” və YAP rəhbərlərinin məqalələr toplusundan ibarət olan kitabların təqdimat mərasimləri keçiriləcək. Qeyd edək ki, YAP-ın təsis qurultayı 1992-ci ilin noyabrın 21-də keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR