Bank Of Baku

Dörd müxalifət partiyası seçki komissiyalarının tərkibi ilə bağlı mövqeyini dəyişməyəcək

Dörd müxalifət partiyası seçki komissiyalarının tərkibi ilə bağlı mövqeyini dəyişməyəcək
# 15 noyabr 2007 11:42 (UTC +04:00)
Dörd müxalifət partiyası seçki komissiyalarının tərkibinin formalaşması ilə bağlı razılaşdırdığı mövqeyə dəyişiklik etmək fikrində deyil. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Onun sözlərinə görə, partiyalar bu tələblərinin yerinə yetirilməsi üçün mümkün olan addımları atacaqlar: “Hesab edirik ki, prosesin bundan sonra uğurla davam etməsi üçün müxalifət bu məsələdə vahid mövqeyini bundan sonra da qoruyub saxlamalıdır. Biz düşünmürük ki, bu məsələ bir müzakirə ilə gündəmdən çıxmış sayıla bilər. Əslində proses yeni başlayır. Sadəcə, bir istəyirik ki, bu məsələlər İFES kimi təşkilatların üzərinə qoyulmasın. ABŞ-ın, Avropa Birliyinin Azərbaycanda olan diplomatik nümayəndəlikləri bu prosesi öz nəzarətlərinə götürsələr, müzakirələrin yenidən başlanmasına nail olsalar, real dəyişikliklər mümkündür”.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə 4 partiyanın tələblərinin dəyişib-dəyişməməsinin onların öz problemi olduğunu deyib: “Azərbaycanda 42 siyasi partiya dövlət qeydiyyatından keçib. YAP-dan başqa digər partiyalar müxalifət partiyası sayılır. 41 müxalifət partiyasından 4-ü bu prosesdə iştirakdan imtina edirsə, hesab edirəm ki, bu, ümumi nəticəyə təsir göstərə bilməz”.
Qeyd edək ki, Müsavat, AXCP, ADP və ALP seçki komissiyalarının 50 faiz iqtidar, 50 faiz müxalifətdən olmaqla paritet əsasda formalaşdırılmasını təklif edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR