Bank Of Baku

Qulamrza Təbrizi “Amnesty İnternational”a İran azərbaycanlılarının ana dilində təhsil hüquqlarının pozulması haqda məlumat verib

Qulamrza Təbrizi “Amnesty İnternational”a İran azərbaycanlılarının ana dilində təhsil hüquqlarının pozulması haqda məlumat verib
# 15 noyabr 2007 14:00 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Qulamrza Səbri Təbrizi və qurumun İdarə Heyətinin bir qrup üzvü mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, DAK sədri Q. Təbrizi bildirib ki, təşkilat dünyada yaşayan bütün azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olmağı üzərinə götürüb və bu istiqamətdə müvafiq addımlar atılır. İki gün əvvəl başa çatan Avropa səfəri haqda da danışan Q. Təbrizi Hollandiyanın Haaqa şəhərində “Amnesty İnternational” təşkilatının baş ofisində görüşlər keçirdiyini və İranda yaşayan azərbaycanlıların ana dilində təhsil hüquqlarının pozulması haqda bu qurumun rəhbərliyinə məlumat verdiyini deyib. O, DAK İdarə Heyətində Demokratik Dünya Azərbaycanlıları Konqresi (DDAK) ilə birləşmək məsələsində yaranan fikir ayrılığına da münasibətini açıqlayıb: “DAK-da fikir ayrılığı ola bilər, amma bu, parçalanmaya gətirib çıxarmamalıdır və ideoloji xətt eyni olmalıdır”. DAK sədrinin müavini Sabir Rüstəmxanlı isə qurumun yeni İdarə Heyətinin fəaliyyətini tənqid edən təşkilat üzvlərinin mövqeyini düzgün saymayıb: “Qurultayda yüksək səs çoxluğu ilə Qulamrza Təbrizi qələbə qazandı. Cavad Derəxti də onu təbrik etdi, bizimlə səmimi görüşüb ayrıldı. İndi durub belə sözlər danışır və DAK üzvləri arasında qarşıdurma yaradır. Bu, yolverilməzdir. Ümumiyyətlə, DAK-ın son aylardakı aktiv fəaliyyəti kimlərisə narahat edir. Onların müəyyən xarici ölkələrin maraqlarına xidmət etdiyi hiss olunur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR