Bank Of Baku

Ümid Partiyası prezident seçkiləri ilə bağlı hazırlıqlara başlayıb

Ümid Partiyası prezident seçkiləri ilə bağlı hazırlıqlara başlayıb
# 15 noyabr 2007 14:19 (UTC +04:00)
Ümid Partiyası 2008-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıqlara başlayıb. Partiyanın sədri İqbal Ağazadənin APA-ya verdiyi məlumata görə, hələlik hazırlıqlar partiyadaxili xarakter daşıyır. O, həm rayon təşkilatları səviyyəsində, həm də ekspertlər və partiya mütəxəsislərinin iştirakı ilə proqramların hazırlanması istiqamətində iş aparıldığını bildirib. İ. Ağazadə prezident seçkiləri ərəfəsində partiya ətrafında hər hansı blok formalaşdırmaq fikrində olmadığını söyləyib: “Hələ bu barədə danışmaq tezdir. Biz seçki ərəfəsində əməkdaşlıq edəcəyimiz partiyaları müəyyənləşdirmişik. Amma bu əməkdaşlıqla bağlı öz baxışlarımız var və bunları seçki ərəfəsində açıqlayacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR