Bank Of Baku

Moskvada nəşr edilən “İrs” (“Nasledie”) jurnalının Qarabağ həqiqətlərinə həsr olunan xüsusi sayı işıq üzü görüb

Moskvada nəşr edilən “İrs” (“Nasledie”) jurnalının Qarabağ həqiqətlərinə həsr olunan xüsusi sayı işıq üzü görüb
# 15 noyabr 2007 14:28 (UTC +04:00)
Moskvada nəşr olunan “İrs” (“Nasledie”) Beynəlxalq Azərbaycan jurnalının Qarabağ həqiqətlərinə həsr olunmuş xüsusi sayı işıq üzü görüb. APA-nın məlumatına görə, jurnalın ilk səhifəsində “Qarabağ məğlubiyyətə bərabər müvəqqəti qələbə” məqaləsi yer alıb. Tofiq Musayev, Diana Cəfərova, Güntəkin Nəcəfli, Cəmil Həsənlinin məqalələrində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin hüquqi statusu açıqlanıb, Azərbaycana qarşı aparılan müharibənin arxasında erməni diasporu və kilsəsinin dayanması konkret faktlarla göstərilib. Gürcüstan arxivində aşkar edilən akademik B. Piotrovskinin 1971-ci ildə erməni saxtakarlığının həddi-hüdudu olmadığından bəhs edən məktubu jurnalın oxucularına “Şərhsiz” rubrikasında təqdim olunub. Ermənilərin 1948-ci ildə azərbaycanlıları deportasiya etməsinin əsl səbəbləri barəsində də birbaşa faktın özü məlumat verib. Yəni Ermənistanın o vaxtkı daxili işlər nazirinin məxfi məktubunun oxuculara təqdimi bir çox məqamlara aydınlıq gətirib. Qeyd edək ki, rus və ingilis dillərində materialların yer aldığı jurnalın hər il bir sayı Qarabağ həqiqətləri və erməni saxtakarlığına həsr olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR