Bank Of Baku

Müxalifət dialoq üçün prezident seçkilərini gözləməyə ehtiyac olmadığını bildirir

Müxalifət dialoq üçün prezident seçkilərini gözləməyə ehtiyac olmadığını bildirir
# 15 noyabr 2007 14:31 (UTC +04:00)
“Əgər iqtidar və müxalifət arasında dialoq ölkədə vətəndaş qarşıdurmasının aradan qaldırılmasına xidmət etməlidirsə, bu proses indidən başlamalıdır. Dialoqun başlaması üçün prezident seçkilərini gözləməyə ehtiyac yoxdur”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun seçki ərəfəsində iqtidar-müxalifət dialoqunun intensivləşəcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. O bildirib ki, hazırda ölkədə keçiriləcək seçkilərin nəticələrinə etimadsızlıq mühiti var. Ümumilikdə hakimiyyətin dialoq məsələsini dilə gətirməsini müsbət hal hesab edən A. Hacılının fikrincə, seçkilərdə saxtakarlıq hallarının müşahidə olunması həm Azərbaycanın daxilində problemlər yaradır, həm də ölkənin beynəlxalq imicinə ziyan vurur: “Hakimiyyət doğrudan da normal seçki keçirmək, normal seçki mühiti yaratmaq istəyirsə, dialoq indi başlamalıdır”. A. Hacılının sözlərinə görə, dialoq prosesində səlahiyyət sahibi olmayan insanların iştirak etməsi hər hansı nəticənin olmayacağını əvvəlcədən bəlli edir: “Ona görə də siyasi iradə nümayiş etdirmək hüququna malik olan şəxslərin bu prosesdə iştirakı zəruridir”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə qarşılıqlı etimadın olmadığı cəmiyyətlərdə dialoqa hər zaman ehtiyac duyulduğunu bildirib. Millət vəkili hesab edir ki, öncə dialoqun predmeti müəyyən olunmalıdır: “Hansı predmet əsasında müzakirə aparılacağı əvvəlcədən bilinməlidir. Bu, daha effektli nəticə verər. Tərəflər heç bir halda dialoqdan imtina etməməlidir. Bu proses nə qədər tez başlasa, cəmiyyət proseslərə o qədər ağrısız-acısız yaxınlaşacaq”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov prezident seçkiləri ərəfəsində iqtidar tərəfindən belə təkliflərin səslənəcəyini gözlədiyini deyib. Buna baxmayaraq, o, hakimiyyətin səmimi dialoqun alınmasında maraqlı olacağını düşünmədiyini vurğulayıb: “Müxalifət Seçki Məcəlləsi məsələsini gündəliyə gətirib. Hakimiyyət səmimi dialoq istəyirsə, bu mövzuda dialoq aparmaq mümkündür. Bunun üçün proses indi başlamalıdır. Seçkiləri gözləməyə ehtiyac yoxdur. Çünki əsas məsələ Seçki Məcəlləsidir. Bu qanun dəyişmirsə, dialoqa ehtiyac qalmır”. H. Kərimov dialoqda hakimiyyətin yuxarı dairələrində təmsil olunan şəxslərin iştirakını vacib sayır: “Hər hansı funksionerlə müzakirə aparmağın mənası yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR