Bank Of Baku

İranda 10 jurnalist həbsdədir

İranda 10 jurnalist həbsdədir
# 15 noyabr 2007 15:48 (UTC +04:00)
Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsi (ASMƏK) İranda yaşayan azərbaycanlılarla bağlı aylıq hesabatını açıqlayıb. ASMƏK-dən APA-ya verilən məlumata görə, hesabatda bildirilir ki, son bir ay ərzində Məhəmməd Əli Heydəri, İlqar Mərəndli (Yaqub Salikiniya) və Mir Qasım Seyyidinzadə adlı üç azərbaycanlı jurnalistin həbsi ilə İran həbsxanalarında saxlanılan jurnalistlərin sayı 10-a yüksəlib. Bununla yanaşı, bir ay öncə Türkiyə-İran sərhədində həbs edilən Ankara Universitetinin tələbəsi Məhəmməd Nüsrətinin taleyi naməlumdur. Zəncanda həbs edilən Cəlil Qənilu, Bəhruz Səfəri, jurnalist və insan haqları müdafiəçisi Səid Mətinpur, vəkil Saleh Kamrani və universitet müəllimi Abdullah Abbasi Cavan məhkəmə hökmü olmadan həbsdə saxlanılır. Dörd ay bundan əvvəl Muğanda həbs olunmuş Məsud Sultani və Həbib Mehri məhkəməyə qədər zəmanətlə azadlığa buraxılıb. Ərdəbildə həbs olunan Ramin Sadiqi Əsl məhkəmənin qərarı ilə 50 şallaq zərbəsinə və 3300 dollar məbləğində cəriməyə məhkum edilib. Mənsur Ciddi və tələbə Əsgər Əkbərzadə barəsində isə 4 ay azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Jurnalist Elyaz Yekanlıya 20 günlük icazə verilib və məhkəmənin qərarı ilə müvəqqəti azadlığa buraxılıb. Eyni zamanda Qoşaçaydan (Miyandab) olan 14 fəallın Mahabad şəhərində məhkəməsi keçirilsə də, indiyədək məhkəmənin qərarı açıqlanmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR