Bank Of Baku

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 24-ci ildönümü münasibətilə tədbir keçirilib

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 24-ci ildönümü münasibətilə tədbir keçirilib
# 15 noyabr 2007 16:50 (UTC +04:00)
Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 24-ci ildönümü münasibətilə ŞKTC Bakı təmsilçiliyinin təşkilatçılığı ilə təntənəli mərasim keçirilib. APA-nın məlumatına görə, mərasimə millət vəkilləri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media qurumlarının rəhbərləri qatılıblar. Mərasimdə çıxış edən ŞKTC Bakı təmsilçiliyinin rəhbəri Zəki Qazioğlu iştirakçılara təşəkkürünü bildirib və bu bayrama Azərbaycanda bu qədər böyük maraq olmasından qürur duyduğunu deyib. Azərbaycanla ŞKTC arasında iqtisadi əlaqələrin, diasporlar səviyyəsində əlaqələrin mövcud olduğunu xatırladan Zəki Qazioğlu bu əlaqələrin inkişafını vacib sayıb. O, Şimali Kipr Türk Cümhuriyyətində dünya standartlarına uyğun təhsil verən ali məktəblərin fəaliyyət göstərdiyini, bu məktəblərdə çoxlu sayda azərbaycanlı tələbələrin təhsil aldığını bildirib. Çıxışının sonunda Zəki Qazioğlu özünü Azərbaycanda heç zaman yad bir dövlətdə hesab etmədiyini deyərək, qardaş Azərbaycan xalqına bir daha təşəkkür edib. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva ŞKTC-nin sülh tərəfdarı olduğunu, bu mövqeyini hər addımda sübuta yetirdiyini deyib və Azərbaycan vətəndaşlarının bu məsələdə həmişə qardaş Şimali Kipr Türk Cümhuriyyətinin yanında olacağını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR