Bank Of Baku

Ermənilərin Xocalıda qətlə yetirdiyi uşaqların şəkillərini qondarma “erməni soyqırımı” qurbanları kimi təqdim edən Amerika qəzeti təkzib verib

Ermənilərin Xocalıda qətlə yetirdiyi uşaqların şəkillərini qondarma “erməni soyqırımı” qurbanları kimi təqdim edən Amerika qəzeti təkzib verib
# 16 noyabr 2007 08:57 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, adətən, qəzetlərdə baş verən səhvlərə görə media bir necə cümlə ilə üzr istədiyi halda, “V Novom Svete” qəzetinin baş redaktoru Mixail Qusev nəşrin bugünkü buraxılışında Xocalı haqqında bir səhifəlik məqalə çap edərək, buraxdıqları səhvə görə üzr istəyib. “Bax belə” başlıqlı məqalədə baş redaktor Xocalı qətliamından dərhal sonra hadisə yerində olmuş amerikalı jurnalistlərin, rusiyalı müxbirlərin və hərbiçilərin xatirələrindən, onların dərc etdiyi məqalələrdən sitatlar gətirib. Müəllif yazır ki, Xocalı qətliamı 1992-ci ildə ABŞ-da ilin ən dəhşətli qətliamı kimi tanınıb. Mixail Qusev Xocalıya hücumdan əvvəl şəhərin blokadada olduğunu, rusların 366 motoatıcı alayının bu cinayətdə yaxından iştirak etdiyini, günahsız insanların əsas hissəsinin ermənilər tərifindən məhz “təhlükəsiz dəhlizdə” qətlə yetirildiyini qeyd edib. O, qətliamdan sonra ABŞ Konqresinin Aşağı Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Dan Bartonun Xocalıda baş verənləri soyqırımı adlandırması təklifi ilə çıxış etdiyini də bildirib. Müəllif Azərbaycan prezidenti İlham Əliyevin çıxışlarının birindən sitat gətirərək yazır ki, Azərbaycanın işğal olunmuş 20 faiz torpağı azad olunmayana kimi, Ermənistan heç bir regional layihələrdə iştirak etməyəcək. Öz fikirlərini davam edən baş redaktor daha sonra yazır: “Qondarma Dağlıq Qarabağ Respublikası Azərbaycandan qaçaraq Ermənistan vasitəsi ilə dəhlizlər əldə etmək istəsə də, buna nail olmayacaq”.




Qeyd edək ki, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi “V Novom Svete” qəzetində ermənilərin Xocalıda qətlə yetirdiyi insanların, uşaqların şəkillərini qondarma “erməni genosidi” qurbanları kimi təqdim edilməsindən sonra mətbuat orqanı ilə əlaqə saxlayaraq ciddi etiraz bildirib. Mixail Qusevin “Bax belə” məqaləsində əks olunan faktların əksəriyyəti də qəzetə BMT-dəki Daimi Nümayəndəliyim tərəfindən təqdim olunub. Nümayəndəliyin 1-ci katibi Oqtay İsmayılzadənin APA-nın ABŞ bürosuna bildirib ki, bundan sonra da ölkə qəzetlərində bu tipli hadisələrin qarşısını almaq üçün operativ addımlar atılacaq. Diplomat əlavə edib ki, eyni zamanda “V Novom Svete” qəzetində Azərbaycan həqiqətləri haqqında silsilə məqalələrin dərc olunması da nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR