Bank Of Baku

Mahmud Məmməd-Quliyev Berlində işçi səfərdə olub.

Mahmud Məmməd-Quliyev Berlində işçi səfərdə olub.
# 16 noyabr 2007 09:03 (UTC +04:00)
Noyabrın 12-14-də Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Almaniyanın paytaxtı Berlində işçi səfərdə olub. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin tarixlərdə Mərkəzi Asiya, Azərbaycan və Əfqanıstan iqtisadiyyatları üçün BMT-nin xüsusi proqramı (SPECA) çərçivəsində bir neçə vacib tədbir təşkil olunub. Tədbirlərə proqrama üzv dövlətlər, BMT təşkilatları və donor ölkələr qatılıb. Azərbaycanı bu tədbirlərdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, həmçinin XİN-in, Azərbaycanın Almaniyadakı səfirliyinin, İqtisadi İnkişaf Nazirliyinin yüksək vəzifəli nümayəndələri təmsil edib. Noyabrın 12-də proqramın ticarət üzrə layihə işçi qrupunun 2-ci iclası, həmçinin gender məsələləri üzrə işçi qrupun yığıncağı, noyabrın 13-də isə “Mərkəzi Asiya: 21-ci əsr üçün yeni iqtisadi əməkdaşlıq” adlı konfrans keçirilib. Konfransa Almaniya Federativ Respublikasının xarici işlər naziri Valter Ştaynmayer, Avropa Komissiyasının komissarı Benita Ferrero Valdner və digər yüksək səviyyəli rəsmi şəxslər qatılıblar. Konfransda əsasən 2007-ci ildə Almaniyanın Avropa İttifaqına sədrliyi ərzində qəbul olunmuş Aİ-nin Mərkəzi Asiya üzrə strategiyası və onun həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub. M. Məmməd-Quliyev çıxış edərək iştirakçıların diqqətini Xəzər dənizi hövzəsində enerji sahəsində inkişaf və əldə edilmiş dividentlərə yönəldib. Bu xüsusda Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum əsas ixrac boru kəmərlərinin böyük rolu və Azərbaycanın enerji məhsullarının qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə və enerji təchizatının diversifikasiyasına verdiyi töhfə nəzərə çatdırılıb. M. Məmməd-Quliyev dividentlərin milli səviyyədə iqtisadi və sosial artımla məhdudlaşmadığını, regionda sülh və sabitliyin, regional əməkdaşlığın inkişaf etdirilməsinə təkan verdiyini vurğulayıb. Nazir müavini Azərbaycanın mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsində əldə etdiyi uğurlar haqda məlumat verərək digər ölkələri bu sahədə Azərbaycanın Dövlət Neft Fondu ilə təcrübə mübadiləsi aparmağa dəvət edib.
Beynəlxalq tədbirlərdə iştirakla yanaşı, M. Məmməd-Quliyev bir necə ikitərəfli görüşlər də keçirib. Belə ki, o, Almaniyanın aparıcı elm və tədqiqat fondlarından biri olan “Bertelsman” Fondunda olub, “Transparency International” qeyri-hökumət təşkilatının
Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru M. Marşall, Almaniya İqtisadiyyat və Texnologiyalar Nazirliyinin dövlət katibi Bernd Pfafenbaxla görüşüb. Səfərin sonunda nazir müavini Azərbaycan və Türkiyə icmalarının Berlində yaşayan fəalları ilə görüş keçirib və TRT kanalına müsahibə verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR