Bank Of Baku

Sərdar Cəlaloğlu: “Vahid namizəd məsələsinin ortaya atılmasını avantürist addım hesab edirəm”

Sərdar Cəlaloğlu: “Vahid namizəd məsələsinin ortaya atılmasını avantürist addım hesab edirəm”
# 16 noyabr 2007 09:34 (UTC +04:00)
“Biz başqa dövlətin partiyalarının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın daxili məsələlərinin müzakirə olunmasına razı deyilik”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. S. Cəlaloğlu noyabrın 23-də AMİP və İsveçin Moderant Partiyasının birgə keçirəcəyi toplantıda prezident seçkiləri öncəsi koalisiya yaratmaq və namizədlərin seçkilərdə iştirak qaydaları mövzusunda müzakirələrin keçiriləcəyini söyləyib: “Bu tədbirdə müxalifətin 2008-ci il prezident seçkilərinə vahid namizədlə qatılması barədə müzakirələrin keçiriləcəyi söylənilir. Lakin biz tədbirdə belə müzakirələrə qatılmayacağıq. Müxalifətin prezident seçkilərinə vahid namizədlə qatılması məsələsi partiyaların ali orqanlarının konkret qəbul etdiyi qərardan asılıdır. Tədbirdə vahid namizəd məsələsi müzakirə olunarsa, inanmıram ki, bunun müsbət nəticəsi olsun. Ümumiyyətlə, vahid namizəd məsələsinin ortaya atmasını avantürist addım hesab edirəm. Çünki gələcəkdə vahid namizəd məsələsinin müzakirəsinə ehtiyac yaranarsa, bu, bütün qapıları bağlayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR