Bank Of Baku

Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov Mərakeşdə səfərdə olub

Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov Mərakeşdə səfərdə olub
# 16 noyabr 2007 10:11 (UTC +04:00)
Noyabrın 9-10-da Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov Mərakeş Krallığında səfərdə olub. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində V. Sadıqov Mərakeş Krallığının xarici işlər və əməkdaşlıq naziri Taib Fassi Fihri, xarici işlər üzrə dövlət katibi Əhməd Ləxrif, parlamentin Nümayəndələr Palatasının sədri Mustafa Əl Mansuri və Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (İSESCO) baş direktoru Əl Tüveycri ilə görüş keçirib. Görüşlərdə Mərakeş və Azərbaycan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektiv imkanları ətrafında geniş müzakirələr aparılıb. Mərakeş tərəfi bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəyini diqqətə çatdırıb. Ölkələr arasında əlaqələrin hüquqi bazasının yaradılması məqsədilə bir sıra sənədlərin imzalandığı, daha 25 sənədin isə müzakirə səviyyəsində olduğu bildirilib. Dağlıq Qarabağ münaqişəsi və Mərakeşin cəlb olunduğu Qərbi Böyük Səhra problemi ətrafında da fikir mübadiləsi aparılaraq hər iki ölkənin münaqişələrin həlli ilə bağlı ortaq mövqeyə malik olduğu müəyyənləşib. Qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsi məqsədilə Mərakeş Krallığının Bakıda səfirliyinin açılmasının vacibliyi xüsusi vurğulanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR