Bank Of Baku

Ahıska türklərinin Gürcüstandan sürgün edilməsinin 63-cü ildönümü ilə bağlı tədbir keçirilib

Ahıska türklərinin Gürcüstandan sürgün edilməsinin 63-cü ildönümü ilə bağlı tədbir keçirilib
# 16 noyabr 2007 11:28 (UTC +04:00)
Bu gün Ahıska türklərinin doğma torpaqlarından - Gürcüstandan sürgün edilməsinin 63-cü ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov bildirib ki, 1944-cü il noyabrın 15-də SSRİ Dövlət Müdafiə Komitəsinin sədri İosif Stalinin və Gürcüstanın erməni əsilli rəhbərliyinin təşəbbüsü ilə 100 minə yaxın Ahıska türkü Qazaxıstan, Özbəkistan və Qırğızıstana sürgün olunublar. Sürgün prosesi zamanı 17 minə yaxın adam soyuqdan, aclıqdan və digər səbəblərdən dünyasını dəyişib. Bununla yanaşı, 12 il Ahıska türklərinə qarşı hərbi komendant rejimi də tətbiq edilib. İ. Burhanov türklərin vətənə qayıtması ilə bağlı SSRİ dövründə dəfələrlə ölkə rəhbərliyinə edilən müraciətlərin nəticəsiz qaldığını diqqətə çatdırıb. O, Gürcüstan müstəqillik qazandıqdan sonra bu məsələ ilə əlaqədar müsbət dəyişikliklər baş verdiyini də söyləyib. Ahıska Türklərinin Beynəlxalq “Vətən” Cəmiyyətinin sədri Süleyman Barqakadze isə bu məsələdə qarşıya çıxan problemlərdən danışıb. O, Gürcüstan prezidenti Mixail Saakaşvilinin problemin həlli üçün müvafiq addımlar atdığını qeyd edib: “2004-cü il noyabrın 24-də qayıdış məsələsinin hüquqi tərəflərinin hazırlanması məqsədilə Dövlət Komissiyası yaradılması üçün sərəncam imzalandı. 2007-ci il iyulun 11-də Gürcüstandan zorla köçürülən şəxslərin repatriasiyası haqqında qanun qəbul edildi”. O, qanunun əhəmiyyəti haqda da məlumat verib: “Biz sərbəst köç siyasətinin tərəfdarıyıq. Hesab edirik ki, Ahıska türklərinin Gürcüstana bu şəkildə qayıtması heç bir problemlə müşayiət olunmayacaq”. Tədbirdə çıxış edən Ahıska türkləri isə ata-baba torpaqlarına köçəcəklərinə israrlı olduqlarını deyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR