Bank Of Baku

Etibar Məmmədov: “Müxalifətin vahid namizəd müəyyənləşdirməsi ilə bağlı müzakirələrdə iştirak etmirəm”

Etibar Məmmədov: “Müxalifətin vahid namizəd müəyyənləşdirməsi ilə bağlı müzakirələrdə iştirak etmirəm”
# 16 noyabr 2007 13:33 (UTC +04:00)
“Noyabrın 23-də “Azərbaycanda sağ mərkəzçi partiyalar seçim qarşısında: 2008-ci il prezident seçkiləri koalisiya yolunda dönüş nöqtəsi ola bilərmi?” mövzusunda keçiriləcək forumda müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi nəzərdə tutulmur. Bu sadəcə, Azərbaycan Milli İstiqlal Partiyasının və İsveçin Moderant Partiyasının təşkil etdiyi beynəlxalq forumdur”. Bunu APA-ya açıqlamasında AMİP lideri Etibar Məmmədov bildirib. Onun sözlərinə görə, bu forumda yalnız sağ mərkəzçi partiyaların koalisiya yaratmaq təcrübələri öyrəniləcək: “Burada iştirakçıların hər biri fərqli təkliflər irəli sürə bilər. Biz isə ümumilikdə beynəlxalq təcrübəni öyrənmək və bu istiqamətdə müzakirə aparmaq istəyirik. Biri var ayrı-ayrı adamların, təşkilatların namizəd müəyyənləşdirməsi üçün görüşlərin keçirilməsi, biri də var forum. Burada vahid namizədin müəyyənləşməsi ilə bağlı müzakirələrin aparılacağı haqda məlumatlar doğru deyil. Bu forumda da sağ mərkəzçi partiyaların koalisiyasının yaradılması bir neçə mövzudan biridir”. E.Məmmədov bildirib ki, forumda qonaq kimi iştirak edəcək. Partiya lideri müxalifətin vahid namizəd müəyyənləşdirməsi ilə bağlı müzakirələrdə iştirak etmədiyini də qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR