Bank Of Baku

Etibar Məmmədov: “Seçki Məcəlləsinə ciddi dəyişikliklər gözləmirəm”

Etibar Məmmədov: “Seçki Məcəlləsinə ciddi dəyişikliklər gözləmirəm”
# 16 noyabr 2007 14:17 (UTC +04:00)
“Seçki Məcəlləsinə necə dəyişiklik edilməsi əsas deyil, əsas olan seçkilərə münasibətdir. Qanun ən demokratik şəkildə qəbul olunsa da, icra edilməyəcəksə, seçkilərə münasibət pis olacaqsa, o zaman heç nə alınmayacaq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bildirib. E. Məmmədov Seçki Məcəlləsi ilə bağlı aparılan müzakirələrin nəticəsiz başa çatacağının əvvəlcədən gözlənildiyini deyib. O, bundan sonra da hər hansı ciddi dəyişiklik gözləmədiyini vurğulayıb: “Müzakirələr yəqin ki, seçkilərə qədər davam etdiriləcək. Məcəllə ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Amma lap istəyir komissiyalardakı bütün yerlər müxalifətə verilsin, tərəflərdən biri o birinə inanmırsa, nəticə də heç vaxt qəbul olunmayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR