Bank Of Baku

Gəncədə YAP-ın 15 illik yubileyi qeyd olunub

Gəncədə YAP-ın 15 illik yubileyi qeyd olunub
# 16 noyabr 2007 14:23 (UTC +04:00)
Bu gün Gəncədə YAP-ın 15 illik yubileyi qeyd olunub. Tədbir ilk öncə YAP fəallarının ümumi milli liderin heykəlinin önünə əkili qoyulması ilə başlayıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, daha sonra tədbir YAP-ın Gəncə təşkilatının qərargahında davam etdirilib. Tədbiri giriş sözü ilə açan YAP-ın Gəncə təşkilatının sədri İsrafil İsmayılov 15 ildə partiyanın keçdiyi yoldan geniş söhbət açaraq, görülən işləri təhlil edərək qarşıda duran vəzifələrdən söhbət açıb. Tədbirin sonunda partiyanın təşkilatlanmasında xidmətləri olan bir qrup partiya fəalına tərifnamələr və qiymətli hədiyyələr verilib. Qeyd edək ki, hal-hazırda YAP Gəncə şəhər təşkilatının 22000-dən çox üzvü var. Onların 10000-dən çoxunu gənclər təşkil edir. Son bir ildə Gəncədə 1090 nəfər partiya sıralarına daxil olub ki, bunun 836 nəfərini gənclər təşkil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR