Bank Of Baku

Araz Əlizadə: “ASDP bundan sonra heç bir siyasi ittifaqda təmsil olunmayacaq”

Araz Əlizadə: “ASDP bundan sonra heç bir siyasi ittifaqda təmsil olunmayacaq”
# 16 noyabr 2007 15:03 (UTC +04:00)
Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) bundan sonra heç bir siyasi ittifaqda təmsil olunmayacaq. Partiyanın həmsədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, 6 müxalifət liderinin təmsil olunduğu “altılıq” formatından çıxdıqdan sonra bu barədə qəti qərara gəlib. A. Əlizadə həmin formatın rəsmi bir qurum olmadığını, sadəcə altı müxalifət təmsilçisinin yığışaraq ümumi məsələlərlə bağlı müzakirələr apardıqlarını, perspektivdə olan əməkdaşlığın müzakirə edildiyini vurğulayıb: “Biz Azərbaycançı Qüvvələr Birliyini yaratmışdıq, sonra “Yeni siyasət” blokunda təmsil olunduq, sonra da “altılıq”a dəvət olunduq və burada iştirak etdik. Amma gördüm ki, son illərdə düşüncələrimiz dəyişməyib, neçə illər əvvəl necə düşünürdüksə, indi də eyni əqidədə qalmışıq”. Qeyd edək ki, ASDP Müxalifətin Məşvərət Şurası adlandırılan qurumdan çıxması barədə bir neçə gün əvvəl qərar qəbul edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR